Diqqət! Ticarət mərkəzləri alıcıları necə aldadır? – VİDEO

03 Oktyabr 2018 18:52

30, 50,70. Bəlkə də bir az irəli getsən 100 faiz olan endirimlə qarşılaşacaqsan. Amma nə olsun. Bu yalnız görüntüdür. İçəri girsən tam başqa mənzərədir. Endirimdən əsər-əlamət yoxdur.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Paytaxtımızdakı mağazaların vitrinlərinə baxsaq, müxtəlif endirim elanlarını görərik. Amma əksər mağazalarda hər şey, sadə dillə alıcıya gəl-gəl deməyə hesablanıb. Mağazaya daxil olanda aydın olur ki, əslində endirim 2-3 böyük ölçülü paltara və ya mövsümə uyğun gəlməyən mallara aiddir.

Eyyub H
üseynov - Azad İstehlakçılar Birliyinin sədri: “Endirimlərin mövcudluğunu elektron vasitələrdə saytlarda oxuyurlar istehlakçı zəhmət çəkir gəlir, görür, girir dükana, malı seçir, deyirlər ki bu mala aid deyil endirim. Və yaxud küçədən keçəndə 70-80 faiz endirim görür, gedir malı seçir deyirlər bu mala aid deyil endirim. Bu istahlakçının aldadılmasıdır. Bu istehlakçının hüququnun pozulmasıdır”.

Ekspertlərin sözlərinə görə, mağazaların endirim etməsinin əsas səbəblərindən biri mövsümü keçmiş paltarlardan mümkün qədər tez və qazanclı xilas olmaq və ya yeni dəbli mallar almaq üçün köhnələri daha cəlbedici qiymətə satmaqdır. Amma arqument bu olsa  da, bəzən endirim adı ilə istehlakçılar ciddi aldanırlar.

Azər Allahverənov – Sosioloq: “Yalançı faizlərlə, yalaçı vədlərlə insanın diqqətini yayındırmaq, insana öz malını sırımaq özü də kifayət qədər yüksək qiymətlə bu bazar şəraitində yolverilməz haldır”.

Burada alıcıların diqqətindən qaçan bir məqam var ki, bu da burada gördüyümüz kiçik ə hərfidir. Bəli, bu endirim 70 faiz endirim deyil. 70 faizə qədər olan endirimdir.

Əslində bu cür saxta endirimlər qanunvericiliyə əsasən qadağan olunub. Çünki mağazalarda az sayda endirim olduğu halda mallara 70% endirim yazılması istehlakçını aldatmaq deməkdir.

Eyyub H
üseynov - Azad İstehlakçılar Birliyinin sədri “Nazirlər kabinetinin 94 saylı qərarında qeyd olunur ki, malın üzərində maddi məhsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. Sadəcə endirim yazıb qiymətin üzərindən xəttə çəkməklə bu endirim demək deyil. İstahlakçının hüquq var ki, malın öncəki qiymət sənədlərini tələb etsin.

Mövzu ilə sözügedən mağazalarda çəkiliş etməyimizə icazə vermədilər. Ekspertlər onu da qeyd edir ki, saxta endirimlərə qarşı mübarizənin gücləndirilməsi olduqca vacibdir. Bir sıra MDB ölkələrində, hətta bəzi Mərkəzi və Şərqi Avropa ölkələrində saxta endirimlərə yol verən ticarət mərkəzlərini ciddi maliyyə cərimələri gözləyir.