Asan pul qazanmağın yeni yolu – DİQQƏTLİ OLUN! – VİDEO

02 Oktyabr 2018 19:13

El arasında belə bir deyim var, yaxşılığı et at dənizə balıq bilməsə də, xalıq bilər. Kimisi savab, kimisi də insanlıq xətrinə yaxşılıq etmək istəyir, amma insanların yaxşılıq etmək niyyətindən sui-istifadə edənlər də var. Bəs bu məsələ qanunla necə tənzimlənir?

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Bəzən insanların etibarından və etimadından sui-istifadə xəyal qırıqlığına səbəb olur ki, bu da onlar arasında yaxşılığa olan etibarı azaldır. Ekspertlər insanların yaxşılıq istəklərinin üzərində qurulan oyunların yarada biləcəyi ağır fəsadlardan danışdı.

Elmir Əkbər – Psixoterapevt: “İnsanları belə aldatmaq günah və cinayətdir. Sabahısı gün cəmiyyətin doğrudan da problemli bir üzvü ortaya çıxacaq və heç kim ona inanmayacaq”.

Hüquq üzrə ekspert Tahir Əlirzayev saxta ianə kampaniyaları ilə pul toplayan, fiziki qüsurlu dilənçi kimi özünü cəmiyyətə acındıran kəslərin qanun qarşısında inzibati məsuliyyət daşıdığını deyir.

Psixoloqlar bu cür saxta yollara əl atmaqdansa insanların öz istedad və bacarıqlarını dəyərləndirməyi və həmin məhsulları satışa qoymaqla istəklərinə nail ola biləməyi məqsədəuyğun hesab edir.

Psixologiyada belə bir deyim var, hər kəs cəmiyyəti dəyişmək istəyir amma kimsə özündən başlamaq istəmir. Bu həyatda ən çətin mübarizə insanın özü ilə apardığı mübarizədir. Elə etməliyik ki atdığımız addım bizi cəmiyyətdə utandırmasın, hər zaman yaxşı nümunə olmaq diləyilə.