300 kq-dan çox mənşəyi bilinməyən ət aşkarlandı – Tükürpədici tapıntının GÖRÜNTÜLƏRİ – VİDEO

27 2018 21:07

300 kq-dan çox mənşəyi bilinməyən ət aşkarlandı – Tükürpədici tapıntının GÖRÜNTÜLƏRİ – VİDEO – FOTO 

Daxili 
İşlər Nazirliyinin BDYP idarəsinin əməkdaşları tərəfindən mənşəyi məlum olmayan xeyli miqdarda ət məhsulu aşkarlanaraq götürülüb.

ARB TV xəbər verir ki, Polis əməkdaşları iki maşından mənşəyi bilinməyən ət aşkarlayıb və Qida Təhlükəsizliyi Agentliyinə təhvil veriblər.

Qaradağ rayonu ərazisində Biləsuvar rayon sakini Əli Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Maşının yük yerindən mənşəyi məlum olmayan, çəkisi 300 kiloqram ət aşkar edilərək götürüküb. Bakı-Qazax yolunun 14-cü kilometrliyində Lənkəran sakini Elnur Miriyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobildə də yoxlama aparılarkən eyni hal müşahidə olunub. 

Faktlarla bağlı aidiyyatı qurumlara məlumat verilib və götürülən ət məhsulları yoxlanılması üçün AQTA əməkdaşlarına təhvil verilib.