Salyanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ – VİDEO

27 2018 21:03

Salyanda iki maşının toqquşduğu dəhşətli qəza sürücünün həyatını aldı.

ARB TV xəbər verir ki, hadisə Salyan şəhərinin Əlibəy Hüseynzadə və Ənnağı Hüseynov küçələrinin kəsişməsində baş verib.

Salyan şəhər sakini 27 yaşlı Hikmət Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Neftçalanın Kür-Qarabucaq kənd sakini 28 yaşlı Rafiq Həsənlinin idarə etdiyi “NİVA” markalı avtomobil toqquşub. Zərbənin təsirindən yolun kənarına düşən avtomobillərdən biri aşıb və zədələnərək dəmir yığınına çevrilib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “NİVA”da olan Salyan sakinləri 26 yaşlı Soltan Hüseynli və 27 yaşlı Əziz Heseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Xəsarət alanlar Salyan RMX-ya aparılarkən “NİVA”nın sürücüsü yolda keçinib.

Qəzanın səbəbləri hələ ki, məlum deyil, faktla bağlı araşdırma aparılır.