Həkimlər Rəqsanəyə şərt qoydular: "Ya uşaqlar, ya sən" - VİDEO

27 2018 21:01

Hamiləliyinin 7-ci ayını yaşayan məşhur müğənni Rəqsanə İsmayılova təcili şəkildə xəstəxanaya yerləşdirilib.

Sənətçinin son görüntüləri ARB TV-nin "Səhər-səhər" proqramında ekskluziv olaraq yayımlanıb.

Aparıcı Elgiz Əkbərin sözlərinə görə, müğənninin səhhətində ciddi problem yaşanıb:

"Son məlumata görə, həkimlər şərt qoyublar ki, ya uşaqlar ya sən. İndi bilmirəm ailəsi necə qərar qəbul edək, amma mən ona can sağlığı arzu edirəm".

Həmin görüntüləri təqdim edirik: