Biznes qurarkən başqalarına problem yaradanlar – Yolları bağlayan yük maşınları – VİDEO

26 2018 16:32

Şəhərin tıxac problemindən danışanda yük maşınlarının yolları bağlaması halları öndə gəlir.

ARB TV xəbər verir ki, tikintiyə cəlb olunan maşın və mexanizmlərin belə istismarı qanunla qadağan olunsa da, görünən odur ki, bir çox şirkət buna əməl etmir.

Şəhərin daxili küçələrinə girmək üçün xüsusi buraxılışın alınması mütləqdir. Buna isə birbaşa yol polisi nəzarət etməlidir.

Vaqif Əsədov – BBDYPİ-nin şöbə rəisi: “Strateji əhəmiyyətə malik olan tikintilərdə də istifadə edilən yük avtomobilləri də var ki. Onlara xüsusi buraxılışlar verilib. Onların da hərəkəti üçün konkret marşrut ayrılıb.

Bundan əlavə tikintinin eskiz layihəsi hazırlanan zaman texniki işlər üçün də yerlərin qeydləri əsas şərtlərdəndir.

Cahid Həsənov – Memar: “Sərəncamlar verilərkən birinci amil bu göstərilməlidir ki, binanın, tikintinin gedişatı dövründə və gedişatından sonra istismara təhvil verildiyi dövrdə qarşısında nəqliyyat vasitələrinin saxlanılması üçün xüsusi yerlər indidən təyin olunsun”.


Ekspertlər məsələnin köklü həlli üçün beynəlxalq praktikadan yararlanmağı məsləhət görür. 
Bura işlərin gecədən hazırlanmasından tutmuş, xüsusi zolağın salınmasına kimi bir çox məsələ daxildir.

Elməddin Muradlı – Ekspert: “Bu tikinti şirkətlərini də qınamaq olmur. Deyək ki, palçıq maşınları var, ya öncədən tikinti şirkətinin ərazisində saxlamalıdır, ya da gündüz işin axarına uyğun qrafik şəklində DYP-nin nəzarəti ilə hərəkət etməlidirlər.

Cahid Həsənov – Memar: “Tikinti səkinin dibində aparılmalı deyil və qırmızı zolağı olmalıdır. 
Söhbət tikinti zamanı maşının materialları tikinti aparılan yerin qarşısında boşaldmasından getmir. Bina istismara təhvil verildikdən sonra belə həmin yerdə maşını saxlamağa yer olmur”.

Bu kimi halların yaşanmaması üçün ən optimal variant kimi şəhərin mərkəzindəki tikinti işlərini, xüsusən də yaşayış komplekslərini ətraf ərazilərə daşımaq məqbul sayılır.