Çadırlarda yaşayan şabranlılar – YENİDƏN SÜRÜŞMƏ TƏHLÜKƏSİ – VİDEO

26 2018 16:31

Şabranın Qazbabalı kənd sakinləri evlərini tərk edirlər.

ARB TV xəbər verir ki, səbəb bu kəndin aktiv sürüşmə zonasında yerləşməsidir.

Sakinlər iki ilə yaxındır çadırda yaşayan qonşuları ilə eyni aqibətə düşməkdən qorxurlar. Çünki, yağıntıların intensivləşməsi ilə evlərin çökməsi təhlükəsi var.
Ötən ilin fevral ayında Qazbabalı kəndində 6 ev çoküb. Onlarla evdə isə böyük çatlar əmələ gəlib. Bu səbəbdən bir çox sakin kəndi tərk edir.

Sakin: “Çatlar enli olduğundan, yağış yağandan sonra onlar yığılacaq və çökmə təhlükəsi artacaq. Hal-hazırda camaat kəndi tərk edir”.

Sakin: “Qabaqdan yağışlar gəlir. 6 evdə yaranan vəziyyət kimi bu evlər də uça bilər. Xahiş edirəm aidiyyatı qurumlardan bu məsələ ilə bağlı tədbir görülsün”.

Evləri çökən 6 ailədən ikisi iki ilə yaxındır ki, çadırda yaşayır. Bu çadırlar isə yayda isti, qışda soyuq olur.

Sakin: “Bu ikinci çadırı da veriblər, damır. İstidə oturmaq olmur. Ayaqqabı çıxarmağa yerimiz yox. Qazı, işığı, suyu yox. Xahiş edirəm, bizə kömək edin, heç olmasa torpaq sahəsi verilsin”.

Əmirxanlı kənd İcra Nümayəndəliyindən evləri dağılan sakinlər üçün artıq torpaq sahəsinin ayrıldığı bildirildi. Ərazinin seysmik aktivliyi araşdırılır. Əgər rəy verilərsə, mənzillərin tikintisinə başlanılacaq.