Kişilər daha çox xəyanət edir, yoxsa qadınlar? - AÇIQLAMA – VİDEO

25 2018 19:05

Cəmiyyətdə mentalitetdən qaynaqlanan belə bir fikir var – Kişi xəyanət edə bilər, amma, qadın isə əsla. 

ARB TV-nin “Günə Doğru” verilişində son zamanlar kişilər qədər olmasa da, qadınlar arasında xəyanət hallarının artmasına dair reportaj hazırlanıb.

Əhməd Qəşəmoğlu – Sosioloq: “Uşaq vaxtlarından aldatmağa, söyməyə öyrəşənlər böyüyəndə də xəyanət edir. Bizim oglan uşaqları 13-14 yaşına çatanda elə bilirlər ki, hansısa qız uşağını aldatmaq böyük bir şeydir”.

Psixoloqlar belə hesab edirlər ki, xəyanət edən insanlar psixoloji problem yaşadığı üçün belə bir addımı atırlar. Onlar xəyanət üsulu ilə yaşadıqları travmalardan şüuraltı olaraq intiqamını almış olurlar.

Elnur Rüstəmov – Psixoloq: “Düşünür ki evində bir hüzuru yoxdur, başqa bir yerdə öz düşüncəsində hüzur yaradır. Ancaq fərqində deyil ki, daha böyük bir problemə doğru gedir. İnsandır, ola bilər elə vəziyyət yaransın ki, hər hansı xırda yalnışlığa yol versin. Belə olan təqdirdə ailə üzvləri ailəyə müdaxilə edən tərəfə qarşı mübarizə aparmalıdır”.

Şəhər sakinləri edilən xəyanətləri müxtəlif səbəbələrlə izah edirlər.

Sakin: “Səbrli olmaq lazımdır”.
Sakin: “Əsas evi tikən qadındır. 48 ildir ailə qurmuşam, mənim yoldaşım mənə çox əzizdir”.

Mütəxəssislər qloballaşan dünyada durmadan inkişaf edən sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağı məsləhət bilirlər.

Əhməd Qəşəmoğlu – Sosioloq: “İnternet, sosial şəbəkələr ilan zəhəri kimi bir şeydir. Düzgün istifadə ediləndə dərman, artıq istifadə etsən ziyandır”.

Xəyanətin azı, çoxu olmur. Bir dəfə aldadan insanı bağışlasan səndən yenə də istifadə edəcək. Xəyanətdən uzaq olun.