Dayısının “səviyyəsiz adamdır” dediyi Tacir Şahmalıoğludan CAVAB: “O dünyada görüşərik” – VİDEO

25 2018 19:05

ARB TV-nin “Səhər – Səhər” verlişinin növbəti qonağı Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyev olub.

Elgiz Əkbər bu dəfə dayı ilə bacıoğlunu barışdırmaq istəs
ə də, aparıcının bu istəyi baş tutmayıb.

Belə ki, efirə telefon bağlantısı ilə qoşulan müğənni Tacir Şahmalıoğlu barışıq üçün efirə gəlmək dəvətinə bu cür reaksiya verib:

“Mən çox uzaqlardayam. Mən o dünyadayam. O dünyada görüşərik”.

Qeyd edək ki, “Səhər-Səhər”in ötən buraxılışında qonaq olan müğənni Tacir Şahmaroğlu, dayısı Nurəddin Əliyev tərəfindən "səviyyəsiz adamdır" deyilərək təhqir olunmuşdu. (Ötən verilişindən olan görüntülər: https://www.youtube.com/watch?v=TDqiCmA0y7o)