“Söndür onu, qoy işimizi görək” – Paytaxtda qanunsuz siqaret satan işbazlar DANIŞDILAR – VİDEO

24 2018 21:34

Kimi piştaxta altında, kimi yararız, kimi də hətta lüks avtomobildə siqaret satışı ilə məşğuldur.

ARB TV xəbər verir ki, paytaxtda yol kənarında satılan və aksiz markası olmayan xarici ölkə istehsalı siqaretləri alanlar, həmçinin gözlərini bu qanunsuz işə yumanlar da az deyil.

Qanunvericiliyə görə siqaret satışı lisenziya əsasında həyata keçirilməlidir. Hətta aksiz markasız siqaret satan bu işbazların lisenziyadan xəbərləri yəqin ki, yoxdur. Belə olmasaydı piştaxta altından yarı açıq, yarı xəlvət satış etməzdilər.

Satıcı: “Satdığım siqaretlərin hamısı Bakıda istehsal olunur”.

Satıcılar deyirlər ki, aksiz markasız tütün məmulatlarının xüsusi topdan satış mərkəzləri var. Üstəlik belə siqaretlərin qazancı da icazəli siqaretlərdən daha çoxdur. Mənşəyi bilinməsə də…

Satıcı: “Qardaşım, mənim işim satmaqdır. İkincisi də ki, fərqini bilmirəm hansı bahadır, hansı ucuz. Mənşəyi bilinmir”.

Bəziləri isə bu bizneslə tam gizli məşul olurlar. Amma alıcalara sadə və bilinən üsulla mesaj verirlər. Bu işbazlar elə faəliyyət göstərirlər ki, sanki, heç bir qurum onları görmür. Satıcıların sözləri də bunu təsdiqləyir.

Satıcı: “Gəlirlər yola saliriq gedirlər. Deyirlər olmaz. Sağol deyirik, gedirlər. Söndür onu, qoy işimizi görək”.

Ölkə ərazisinə istifadə miqdarından artıq siqaret gətirmək qadağandır. Yol kənarlarında gördüklərimiz isə deməyə əsas verir ki, qadağadan qazananlar da az deyil.