“Bütün kişilər mənə baxır” - İlk həyat yoldaşını məşuqəsinə bağışlayan əməkdar artist - VİDEO

24 2018 18:19

ARB TV-nin “Boş anlar” verlişinin növbəti qonağı əməkdar artist, müğənni-aktrisa Ruhəngiz Musəvi olub.

Əməkdar artist ilk həyat yoldaşının xəyanətindən söz açıb:

“Düzdü istəyib evlənmişdik. Sonra xəyanət oldu. Elə başa düşməyin ki, mən onu o dəqiqə qoyub çıxdım. Mən inanmazdım ki, o mənə xəyanət edər. Zənglər oldu özü də başqa yerdən. Elə kişilər var ki, qadını əldə etmək üçün evlənəcəm səninlə deyib, vəd verirlər. Ona görə də mən o qadını qınamadım. Qadın mənə dedi ki, sizdən ayrıldığını deyib. O qadına dedim ki, bayıra çıxanda bütün kişilər mənə baxır. Onu mən sizə bağışlayıram. Bu məndə birdən-birə olmadı. Biləndə çox stress keçirdim. Ağlayırdım”.