“Azərbaycanda bu rola çəkilmirəm” - Pərvin Abıyeva - VİDEO

22 2018 16:30

ARB TV-nin “100/100” proqramının ilk buraxılışın qonaqları aktrisa Pərvin Abıyeva, Əməkdar artist Ədalət Şükürov, aktyorlar Sabir Samiroğlu və Erkin Ergin olub.

Maraqlı anlarla yadda qalan proqramda tamaşaçılarla yanaşı aparıcı da qonaqlara suallar ünvanlayıb.

Pərvin Abıyevaya gələn, 
"Hansı rolda çəkilmirsiniz?" sualına aktrisa bu cür cavab verib:

“Epizodik rolda çəkilmərəm. O qədər baş rol oyna sonra epizodik rol oyna. Azərbaycanda epizodik rol oynamaram”.