Atı vurub aşdı – 3 nəfərin xəsarət aldığı qəzanın GÖRÜNTÜLƏRİ – VİDEO

20 2018 17:38

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib.

ARB TV xəbər verir ki, "VAZ-2107" markalı avtomobil qəflətən qarşısına çıxan atı vuraraq öldürüb və yol kənarına aşıb. 

Maşın zərbənin təsirindən deformasiyaya uğrayıb. Qəza nəticəsində rayon sakinləri 24 yaşlı Tanrıverdi Orucov, 23 yaşlı Elnur Zeynalov və 25 yaşlı Asif Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyəti ağır olan Tanrıverdi Orucov reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.