“Bu yaşda heç kimə türmə həyatını arzulamıram” – Cinayətkar AZYAŞLILAR – VİDEO

20 2018 17:37

Biliyə yiyələnmək, azad yaşamaq, yaratmaq əvəzinə dəmir barmaqlıqlar arasında yaşayan azyaşlılar.

ARB TV
 xəbər verir ki, cəmiyyətimizdə cinayət törədərək məhkumluq həyatı yaşayanlar arasında azyaşlılar da var və bu say artmaqdadır.

Məhkum olunan şəxs: “Tutdular bizi, yaşım az idi.
 İl yarım iş verdilər. Bu yaşda heç kimə arzulamaram türmə həyatını. Məhkumluq həyatı hal-hazırda maneələr yaradır mənə”.

Uşaq yaşlarında avara həyat tərzinə alışan, intizamsızlıq edən onlarla yeniyetmə sonda cinayət törədərək həyatını puç edir. Ötən ilin statistikasına görə, Azərbaycanda 14-17 yaşlı 323 uşaq törətdiyi cinayatə görə məhkum olunub. Bu, 2016-ci illə müqayisədə 61 nəfər çoxdur. Ek
spertlərin fikrincə, artıma səbəb olan amillər arasında cəmiyyətin etinadsızlığı, kriminal aləm haqqında məlumatların tirajlanması və s. ilk yerləri tutur.

Şəmsəddin Əliyev – Sabiq polis rəisi: “Cinayətkar aləmin təbliğ olunması cəmiyyət üçün arzuolunan deyil. Heç vaxt müsbət nəticəyə gətirmir. Çox vaxt insanlar daha asan törədilə bilən cinayətlərə gedirlər. Xırda oğurluq, xuliqanlıq və başqa. Yeniyetmələr də məhz bu tip cinayətlərə meyilli olurlar”.


Yunan alimi Sokrat deyir ki, uşaqlarınız tərbiyə etməyin. Çünki onlar sizi təqlid edəcəklər. Özünüzü tərbiyə edin. Deməli övladın törətdiyi hər hansısa bir cinayətə və ya səhv hərəkətə görə valideynin də məsuliyyəti böyükdür.

Təvəkkül Səlimov – Ekspert: “Bir də görürsüz ki uşaq saatlarla evə gəlmir. Gecə saat 12-də, 1-də, 2-də də evə gəlmir. Valideyn də yatıb, uşaqla maraqlanmır. Nəticə etibarı ilə də uşaqlar müxtəlif cinayətlərə, kriminal hadisələrə meyil edirlər”.

Problemin müsbət həlli üçün məktəblərin, təlim-tərbiyə ocaqlarının rolu daha da artırılmalıdır. Hüquq mühazifə orqanlarının üzərinə də böyük məsuliyyət düşür.

Şəmsəddin Əliyev – Sabiq polis rəisi: “Orta məktəblərdə yeniyetmələrlə işlər üzrə inspektorlar fəaliyyət göstərir. Bu Sovet dönəmindən var. Cilovlanmayan, hərəkətləri qəlibə salınmayan şagirdlər inspektorların siyahısında olmalıdır. Bu uşaqlarla fərdi qaydada işlər aparılmalıdır
.

Təvəkkül Səlimov – Ekspert : “Məktəblər məni qınamasın, bəzə
n boş buraxır bu işləri. Məktəblərdə müəllimlər təkcə təhsil verməklə yox, həm də uşaqların təlim-tərbiyəsi ilə son dərəcə ciddi məşğul olmalıdırlar”.

Gəncliyimizi qorumaq cəmiyyətin hər bir fərdinin borcudur. Çünki gələcək onlarla var olacaq. Cinayətkar mühit isə bu günümüz kimi sabahımıza da təhlükədir.