“Bu nə gündədir, maşını yoxdur?” – Elgiz Əkbəri avtobusa minməyə peşman etdilər – VİDEO

17 2018 17:32

“Həvəslə avtobusa mindim, burnumdan gətirdilər”

ARB TV-nin “Pəncərə” verilişinin qonağı olan aparıcı Elgiz Əkbər avtobus mac
əralarından danışıb.

Uzun illər avtobusda getmədiyini bildirən məşhur aparıcı,
uzun müddət sonra bu nəqliyyat vasitəsindən istifadə edərkən insanların şübhəli baxışları, qulağı eşidə-eşidə onların dediyi sözlərə çox pis olub:

 
“Mən niyə avtobusa minməyim ki? Avtobusa da minə bilərəm, metroya da düşə bilərəm. Söhbətləri eşidirəm, bütün avtobus bilir ki, Elgiz avtobusdadır. İndi qadın yanındakına deyir ki, “az bu nə gündədir ki, avtobusda gedir? Bunun maşını yoxdur görəsən?”… O biri də deyir ki, “niyə yoxdur? Var. Onların hər şeyi var. Özlərini göstərirlər”. Ay balam avtobusa minib mən niyə özümü göstərim? Vecimə də almadım. Üzümdə belə bir ifadə var idi ki, heç eşitmirəm, görmürəm”

Elgiz Əkbər bundan sonra yenə avtobusa mindiyini bildirib:

“Bu o demək deyil ki, mən avtobusa minməyəcəm. O hadisədən sonra da avtobusda getmişəm. İnsanların aqressiyasını mən orada gördüm. Biz bir-birimizə qarşı kəmhövsələlik nümayiş etdiririk. Birimizin sözü digərimizin boğazından keçmir. Əşşi, avtobusda sıxlıqdır. Biri deyir bu tərəfə dur. Bir az o tərəfə keçsən nə olar? Yaxud, əlimdə çanta var. Keçəndə dəydi kiminsə ayağına. Dünyanın axırıdır bəyəm? Burada nə var ki? O adamı “korsan? Görmürsən?” deyib acılamaq nəyə lazımdır?. O elə görmədiyindən oldu da”.