Sərnişin əzilərək öldü – Ağsuda dəhşətli yol qəzasının GÖRÜNTÜLƏRİ – VİDEO

17 2018 16:24

Ağsu rayonunun Daşdəmirbəyli kəndi ərazisində qəza qeydə alınıb.

ARB TV xəbər verir ki, Ağsu rayon Cəlayır  kənd sakini 49 yaşlı Habil Usubovun idarə etdiyi  “VAZ 21011” markalı avtomobil qarşı tərəfdən gələn Bakı şəhər sakini 29 yaşlı Elvin Tağıyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub.


Hadisə nəticəsində “VAZ 21011” markalı avtomobil deformasiyaya uğrayıb, nəqliyyat vasitəsində sıxılıb qalan sərnişinin cəsədi FHN-nin Xüsusi Riskli Xilasetmə qrupu tərəfindən çıxarılıb.

Sürücü Habil Usubov, sərnişinlər 47 yaşlı Rauf Cəfərov, 40 yaşlı Qamət Cəfərov, “Mitsubtishi” markalı avtomobilin sürücüsü Elvin Tağıyev və sərnişin, Bakı şəhər sakini 46 yaşlı Hidayət Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı arşdırma aparılır.