“Ruhla danışırdı ki, ayın 1-i ordayam” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI

17 2018 16:22

ARB TV-nin “Öz evimizdir” proqramının ilk buraxılışı mərhum sənətkar, əməkdar artist Həsənağa Sadıqova həsr olunub.

Proqramda sənətçinin yaxınları Həsənağa Sadıqovun keçdiyi həyat yolundan, onun sənətindən söz açıblar. Həmçinin sənətkarın son günlərindən də danışılıb.

Əlifağa Sadıqov – Həsənağa Sadıqovun qardaşı:
 “Ölümündən bir müddət qabaq çəkiliş gəlmişdi. Atamın, babamın məzarı üstünə apardı. Dedi ki, mən də bura gələcəm. Həmin yerdə də dəfn olundu. Rəhmətə getməzdən bir müddət əvvəl elə bil ki, kimlərləsə danışırdı. Hiss etdik ki, babamla danışır. Deyirdi ki, darıxma gələcəm, ayın 1-i ordayam. Avqustun 1-i deyirdi. Ayın 1-ində də rəhmətə getdi”.