“Ata səhərdən səni gözləyirdim, üşüyürəm” – Salyanda güllələnən gəncin SON SÖZLƏRİ – VİDEO

14 2018 17:20

Salyan sakininin həmkəndlisini güllələyərək qətlə yetirməsi ilə bağlı təfərrüatlar məlum olub.

ARB TV xəbər verir ki, hadisə bir neçə gün öncə günorta saatlarında Salyan rayonunun Seyidsadıqlı kəndində qeydə alınıb, belə ki, kənd sakini Elgün Səmədzadə həmkəndlisi, 28 yaşlı Rüfət Bağırovu ov tüfəngi ilə vuraraq qətlə yetirib.

Hadisənin təfərrüatını öyrənmək məqsədilə ARB TV-nin çəkiliş qruppası həmin kəndə, Bağırovlar ailəsinə baş çəkib. Araşdırma zamanı məlum olub ki, onlar hadisədən bir gün əvvəl axşam saatlarında Salyan şəhərindəki şadlıq saraylarının birində həmkəndlilərinin oğlunun kiçik toy məclisində elə bir masa arxasında oturublar. Ertəsigün sürücü işləyən Rüfət Bağırovun təcili işi çıxdığından “GAZEL” markalı yük maşını ilə Salyan şəhərinə gedib. Rüfət Bağırov təxminən saat 16 radələrində evə qayıdıb. Bir qədər dincəldikdən sonra Elgüngilə getməyi qərara alıb. Elə bu zaman telefonuna zəng gəlib. Zəng edən Elgünün dayısı Qədim adlı kişi olub. O Rüfətdən buğda aparmasını xahiş edib.

Əlisəftər Məmmədov – Rüfətin dayısı: “Bu durub geyinib getmək istəyəndə atası dedi ki, hara gedirsən? Dedi – Elgün başımı xarab edib, gedim dən var aparım çəkdirim. Sonra da gedib”.

Deyilənə görə Rüfət Bağırov idarə etdiyi “GAZEL” markalı yük maşınını evin həyətinə sürüb. Elə hadisə maşını saxlayıb arxa hissəsini açarkən baş verib.

Əlisəftər Məmmədov – Rüfətin dayısı: “10 dəqiqə keçmədi, hay-haray gəldi. Güllənən vurdu. Vuranın qonşusunun oğlu qaça-qaça gəlib ki, Elgün Rüfəti güllə ilə vurdu. Elə vurub ki, çənəsi çıxıb”. 

Yaralı Rüfət Bağırovun həyatını xilas etmək üçün doğmaları onu hadisə yerindən götürüb Salyan RMX-yə üz tutublar.

Əlisəftər Məmmədov – Rüfətin dayısı: “Maşına minib kəndin o başına gediblər, körpünü keçib onu götürənə qədər külli miqdarda qan itirib”.


Əlisəftər Məmmədov hadisə zamanı yarımcan vəziyyətdə olan Rüfətin öz atasına dediklərini güclə kamera qarşısında təkrarlayıb: ““Ata səhərdən səni gözləyirdim, üşüyürəm” dedi, yolda keçindi”.