“Zəng edib ağzına gələni deyirlər” – Sənət dostlarından Əlikram Bayramova HƏDƏ-QORXU – VİDEO

03 2018 10:50

ARB TV-nin “Səhər-Səhər” verlişinə qonaq olan Əlikram Bayramov başına gələn hadisədən danışıb. Sənət dostlarının quyusunu qazdığnı deyən müğənni, içərisinə düşdüyü vəziyyəti araşdırdığını deyib:

“Bir müğənnimiz bir adamı öyrədib. Mən verlişlərdən çıxan kimi başqa bir nömrə ilə, Allah şahi
tdir ki, məni yığdırır. Bir aydır ki, mən o adamı araşdırıram amma tapa bilmirəm. Nömrənin də qabağı 3-lə başlayır. Araşdırmadığım yer qalmadı, axırı çıxıb getmişəm Latviyaya. Telefonu götürən kimi ağzına nə gəlir deyir. Mən düşünürəm 27 ildir ki, insanlar arasındayam məgər mən buna laiq adamam? Bilirəm ki, bunu sənət dostlarımdan edirlər. Göz götürməməzlik, yavaş-yavaş ayağının altını qazmaq. Mən gündə bir toya gedirəm. Qorxmayın ikinci toya gedə bilmərəm. Nədir, mənim qanadlı raketim var, gedəm beş toyda oxuyam gələm?”.