İsmayıllıda uçan körpü qismən bərpa olundu – VİDEO

22 2018 17:43

İsmayıllı rayonunun Qalacıq kəndində uçan körpünün bərpası zamanı Rayon İcra Hakimiyyəti başçısı Mirdamət Sadıqov da ərazidə olub. 

ARB TV xəbər verir ki, körpünün müvəqqəti bərpası nəticəsində kəndin rayon mərkəzi ilə əlaqəsi təmin edilib, xırdatutumlu avtomobillər və piyadaların gediş-gəlişi üçün qismən şərait yaranıb. 

Hazırda ərazidə çalışan işçi qüvvəsi və ağır texnikalar bərkitmə işi aparırlar. Xatırladaq ki, Qaraməryəm-İsmayıllı avtomobil yolunun 46-cı km-dən ayrılan Sumağallı-Qalacıq kəndinin girişində Qalacıq çayı üzərində olan körpü yağan yağışlar və güclü sel nəticəsində qəzalı vəziyyətə düşüb.