Pambıq sahəsində zəhərlənən 111 nəfərdən XƏBƏR VAR – VİDEO

22 2018 11:43

İmişlidəki pambıq sahələsində zəhərlənən 111 nəfərdən 99-u evə buraxılıb. 

ARB TV xəbər verir ki, iki nəfər səhhəti pisləşdiyindən yenidən xəstəxanaya qayıdıb.  

İmişli Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hazırda 13 nəfər həkim nəzarəti altındadır.

Zəminə Babakişiyeva – Zərərçəkən: “Getdim evə halım yenə dəyişdi
, qayıtdım dala. Həkimlər yardım etdilər, sağalandan sonra dedilər gedin evə. Getdik evə yenə halım dəyişdi, çıxdım gəldim. Gecədən burdayam. Başımda ağrı var, mədəm də ağrayır”.

Fərahim Rəhimov – Baş həkimin müavini: “Onların hər birisi mərkəzi rayon xəstəxanasına müraciət etmiş 111 nəfərdən ibarət olmuşdu. Dünən 99 nəfər evə buraxılmışdı. 13 nəfər qalıb, onlardan da 4-5 nəfəri bu günlərdə sağalan kimi evə yazılacaqlar. Xəstələrin vəziyyəti kafidir, ağır demək olmaz. Müalicələr davam etdirilir. Ola bilər ki, günün sonuna kimi bir qismi evə yazılsın”.