2 inəyin qurbanı olan 3 nəfər – Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ – VİDEO

15 2018 16:21

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 177-ci kilometrliyində, İsmayıllının Eyyubbəyli kəndi ərazisində Göyçay rayon sakini 48 yaşlı Çingiz Eminov idarə etdiyi “Merсedes” markalı minik avtomobillə Bakıdan sərnişinləri rayona gətirərkən qəflətən yoluna çıxan 2 baş inəyi vurub.

ARB TV xəbər verir ki, nəticədə nəqliyyat vasitəsi aşıb.

Sürücü, sərnişinlərindən həmyerlisi 26 yaşlı Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölüblər, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.