Son zəngə 1 gün qalmış məktəb yoldaşını bıçaqladı – VİDEO

14 2018 17:08

Qobustanda qanlı hadisə yaşanıb.

ARB TV xəbər verir ki, Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin 11-ci sinfində təhsil alan Qobustan sakini Ağaquliyev məktəbin yaxınlığında 10-cu sinif şagirdi Şəhriyarovla mübahisə edib. Söz savaşının sonunda Ağaquliyev üstündə saxladığı bıçaqla Şəhriyarorova 4 zərbə vuraraq hadisə yerindən qaçıb. Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə polis tərəfindən saxlanılıb.  

Daha bir cinayət Bakının Nərimanov rayonunda qeydə alınıb. 

49 yaşlı Natiq Salahov yaşadığı evə gedərkən tanımadığı şəxslə mübahisə edib. Nəticədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Polis faktlarla bağlı araşdırmaları davam etdirir.