Bakıda 2 nəfərin həyatına son qoyan DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ – VİDEO

13 2018 18:40

Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

ARB TV xəbər verir ki, 37 yaşlı Rahid Məmmədov idarə etdiyi 
Ford markalı avtomobillə Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yüksək sürətlə qəfil qarşısına çıxan Range Roverlə toqquşub. 

Zərbənin gücündən 
Range Rover yanmağa başlayıb. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Ford markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orxan Orucov çıxarılıb və təcili yardımın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü Rahid Məmmədov isə elə hadisə yerində ölüb. Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.