“Pul tapıb çıxa bilməyəcəksə, niyə mənimlə oxuyur?” – Pərviz qəza keçirən həmkarından DANIŞDI – VİDEO

12 2018 18:45

Xəbər verdiyimiz kimi, qəzaya düşən Türkan Vəlizadə və Zeynəb Həsəninin son durumları ilə bağlı ARB TV-nin “Səhər-Səhər” kollektivi sujet hazırlamışdı.

Ağır xəsarət alan hər iki ifaçının ziyarətinə ən çox yolu gözlənilən Pərviz Bülbülənin gəlməməsi ağıllarda bir çox suallar yaradıb. Zeynəb Həsəninin isə “İnsanları belə günlərdə tanımaq olur” ifadəsi  elə birbaşa Pərviz Bülbülənin ünvanına göndərdiyi mesaj olub.

Proqram zamanı aparıcı Elgiz Əkbər duet ortağının nəyə görə ziyarətinə getməmə səbəbini öyrənmək üçün meyxana ustadı Pərviz Bülbüləyə canlı yayımda telefon bağlatısı yaradıb.

Maddi durumu çətin vəziyyətdə olan Türkanan nəyə görə əl uzatmamağının səbəbini meyxanaçı belə izah edib:

“Ramazan ayı ilə əlaqədər şənliklər azdı deyə, özümə istirahət ayırmış
am. Amma təəssüf ki, Türkan xanım da istəyirdi ki, istirahət etsin, qismət... Allah şəfa versin. O ki qaldı Türkan xanımın xəstəxana ilə bağlı problemləri, hamısı nəzarətdədir, hamımız əlaqə saxlayırıq. Bu gün Türkan xanımın yanında oturub xəstəxanada gözləmək, gözə girmək, bu o dərəcədə lazım deyil. Elə də ağır vəziyyətdə deyil. Maşallah günü-gündən yaxşılaşır, xəbər tuturuq. İkincisi isə maddi məsələyə qalanda, əgər Türkan xanım düşdüyü qəza vəziyyətindən özünə pul tapıb çıxa bilməyəcəksə, o mənimlə niyə oxuyur? Şadlıqlara niyə gedir? Siz qeyd etdiniz ki, mən zənginəm. Xeyir heç birimiz zəngin deyilik. Allahın verdiyi ruzi ilə qənaətbəxşik. Amma Türkan xanım bu gün xəstəxanada öz problemlərini aradan qaldıra biləcəyi qədər maddiyyat qazana bilmirdi, o Pərvizlə oxumazdı, başına çarə qılardı. Şükür Allah maddi durumu da yaxşıdır, vəziyyəti də yaxşıdır. Mən də fürsətdən istifadə edib müalicə alıram. Amma Bodrumda yox, Azərbaycandayam. Öz ərazimizdəyəm. Sadəcə bir az şəhərdən kənardayam”.