“Həyat yoldaşı cinayətkardır, o edib” – Bıçaqlanan qadının əmisi DANIŞDI – VİDEO

12 2018 17:37

Tovuzda qanlı hadisə baş verib. 

ARB TV 
xəbər verir ki, 32 yaşlı Samir Hüseynov həyat yoldaşı Aşağı Öysüzlü kənd sakini, 27 yaşlı Ceyran Tağıyevanı ailə münaqişəsi zəminində bıçaqlayıb. 

Yaralı qadın xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Elxan Tağıyev - qadının əmisi:
 “Əmisiyəm, bizə xəstəxanadan xəbər veriblər ki, uşağımızı yoldaşı bıçaqlayıb. Bu adam cinayətkardır, bunun işinin üstə iş gəlməlidir


Elmar Əsgərov – Həkim: “Aparılan müayinələrdən sonra xəstə dərhal cərrahiyə əməliyyatına götürüldü. Ağciyərinin kəsilmiş-deşilmiş yarası aşkar olundu. Yaralar tikildi. Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq qalır”.

Samir Hüseynov isə polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.