Pambıq tarlasında kütləvi zəhərlənmə - 20-dən çox sakin xəstəxanaya yerləşdirilib – VİDEO

11 2018 18:27
Onlara köməyə gələn təcili tibbi yardım stansiyasının əməkdaşlarında da zəhərlənmə halı müşahidə edilib.

ARB TV xəbər verir ki, Zəhərlənmə hadisəsi Saatlının Sımada kəndi ərazisindəki pambıq sahəsində becərmə işi apararkən baş verib. Zəhərlənən sakinlərdən 20 nəfəri Saatlı rayon xəstəxanasına, 4 nəfəri isə Bakıya çatdırılıb. 

Nuridə Dadaşova – Zərərçəkən: “Mənim boğazım gicikdi, sonra zəhərləndim, sonra sudurğa tutmuşam. İndi bir az pisləşmişdim sistem qoyublar”.

Əvvəlcə sahədə işləyən bir neçə nəfərdə baş gicəllənmə, qıcolma və digər hallar müşahidə edilib. 
Zəhərlənənlərə kömək məqsədilə sahəyə gələnlər də eyni hala düşüblər. 

Dilarə Nəcəfova – Zərərçəkən: “Alaq eləyəndə zəhərlənmişik, pambıqda”.

Murad Hüseynov – Zərərçəkən: “
Zəhərlənən kimi 20 nəfər onlara köməyə gəldi. Köməyə gələn kimi nəfəsdə hamı təmasda olan kimi keçdi”.

Baloğlan Dadaşov – Zərərçəkən: “O biri dəstəyə kömək edəndə onlardan keçdi zəhərlənmə. Birinci qaşınma gəldi, sonra baş gicəllənməsi, sonra yerə yıxıldım”. 

Hadisə ilə bağlı paytaxtdan  Kliniki Tibbi Mərkəzin bir qrup həkimi Saatlıya ezam olunub.

Hikmət Mehdiyev – Tibb işçisi: “Mən tibb işçisiyəm. Hadisə yerinə təcili yardım çağırıldı. Orda xəstələrə yardım eləyərkən, bu vəziyyətə düşdüm. Birdən-birə qıcolma kimi gəldi. Yardım 
olunandan sonra özümə gəldim, sonra gördüm ki, belə olmuşuq”.

Əhədağa Sultanov – Həkim: “Xəstəyə baxış keçirilən zaman aydın olmuşdur ki, xəstədə kimyəvi inhalasyon inseksidri zəhərlənmə diqanozu ilə xəstələrin müraciət etmişlər. Burada olan xəstələrin ümumi vəziyyəti daxil olarkən müraciət etdiklərinə nisbətən demək olar ki, yaxşılaşıb. Hal-hazırda da xəstənin müalicəsi davam etdirilir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.