Evindən 70 min tapılan oğrular bir-birini satmadı: “Tək olmuşam” – VİDEO

08 2018 17:11

Dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər.

ARB TV 
xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bu ilin yanvarında Şamil Şirinovun evindən 70 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - Elgün Yusifov, Elşad Namazov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü ElgünYusifovun əvvəlcədən məlumatı olub. Onun təklifi əsasında dəstənin digər üzvü Röyal Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər. 

Elgün Yusifov - saxlanılan şəxs: “Yoldaşımız, hansı ki, pulları oğurlayıb gətirib, mənlə əlaqə saxladı. Dedi gəl görüşək. Getdim görüşdüm, 10
 min dollar verdi. Sonra da dedi ki, çıxıb gedirəm”.

Röyal Sabirli - saxlanılan şəxs
: “Bilmişəm ki, pul var, gedib götürmüşəm. Tək olmuşam, qapıdan evə girib götürmüşəm pulu. Elgün deyib ki, orda pul var”.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbriləri və istintaq hərəkətləri davam etdirilir.