Sürücülərin DİQQƏTİNƏ! Yollardakı mal-qara təhlükəsi – VİDEO

08 2018 13:27

Sürət həddi yüksək olan magistral yolların kənarlarında otlayan mal-qaraya hər yerdə, istər yaşayış məntəqələri, istərsə də boş ərazilərdə rast gəlmək mümkündür. Xüsusən də səhər saatlarında heyvanlar otlağa gedəndə və axşam geri qayıdanda magistral yollarda bu mənzərə yaranır. Çünki heyvanları otlağa aparmaq üçün avtomobillərin sürətlə hərəkət etdiyi yoldan istifadə edilir, ya da mal-qaralar özbaşına buraxılır.

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

Bəzən elə qəzalar olur ki, burda sürücü, ümumiyyətlə, günahkar olmur. Bu, magistral yolların kənarlarında olan və istənilən vaxt nəqliyyat vasitələrinin hərəkətini təhlükə altına atan heyvanlardır.

Heyvan sahibləri başqa çıxış yollarının olmadığını bildirirlər.

Çoban: “Maşın yoluna çıxanda sürücülər narazılıq edir”.

Nəticədə bu kimi amillərdən yol qəzaları baş verir ki, sürücü və heyvan sahibi arasında mübahisələr yaranır.

Sürücü: “Yüklə gələndə, əyləc tutmasa, qəza ola bilər”.

Qanunla sürücü haradasa sürət həddini aşdığı üçün məsuliyyətə cəlb olu
na bilər. Amma digər məqamlarda heyvanların vurulmasına görə sürücüyə heç bir cəza tətbiq olunmur.

Zərərçəkmişlərə sığortanın ödənilib-ödənilməməsi isə DYP-nin qərarından və mal-qaranın sığorta olunub-olunmamasından asılıdır.

Məmməd Məmmədov (sığorta əməkdaşı): “Təqsirkar sürücüdürsə, mal-qaraya dəyən ziyanı sığorta şirkəti ödəyir. Əksinə olarsa, avtomobilə dəyən ziyanı mal-qara sahibi verir”.


Heç bir sürücünün mal-qaranı bilərəkdən vurması inandırıcı görünmür. Çünki həmin qəzalarda ən azından avtomobil zədələndiyindən sürücü də ziyana düşür. Bəzən müvafiq keçidlər olmadığından, bəzən isə əhalinin qaydalara əməl etməməsi ucbatından bu cür acınacaqlı mənzərə yaranır.