Xəbərdarlıq! Ərazisini qanunsuz genişləndirənlər CƏRİMƏLƏNƏCƏK – VİDEO

07 2018 18:14

Ərazisini qanunsuz genişləndirənlər cəzalandırılacaq

ARB TV xəbər verir ki, yeni sistem vasitəsilə aparılacaq monitorinq nəticəsində torpaqlar təyinatı üzrə bölünəcək.

Milli məclisin aqrar siyasət komitəsində 
Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatı olub. 

Eldar İbrahimov – Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri:

“Kimsə öz torpağına əlavə torpaq qatırsa bilsin ki
, cinayət edir, qanunsuz işlə məşğul olur. Bunu edənlər bilməlidirlər ki, bu işlər gözdən yayınmır”.

Bəzi torpaqların sənəddə qeyd olunan ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqlar var. Demək olar ki, 100 torpaqdan  99-nun  koordinatları düzgün deyil. 

Rafiq Cəlilov – Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini:

“Kadastr işləri aparmaqla bu çatışmazlıqları aşkar edirik. Məlumat bazası hazırlandıqdan sonra dövlət qurumları, bələdiyyə qurumları üçün açıq olacaq. Bu məlumatlardan müxtəlif nazirliklər istifadə edə biləcək”.

Kadastr xəritələri hazırlandıqdan sonra əraziyə çıxmağa ehtiyac qalmayacaq. Torpaq barədə məlumatı onlayn əldə etmək mümkün olacaq. 

Rafiq Cəlilov – Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini:


“Torpaqların idarə edilməsinə peyk nəzarəti sistemi yaradılacaq. Hər 5 gündən bir bütün ölkənin torpaqlarının vəziyyəti monitorinq olunacaq.”

“Torpaqların elektron kadastr uçotu” informasiya sistemində  ölkə üzrə 44 rayonda 1500-ə yaxın hüquqi və fiziki şəxsin kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəsiz istifadə etməsi və ya torpaqların ümumiyyətlə istifadəsiz qalması faktları da aşkarlanıb. İstifadəsiz qalmış 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib.