DİQQƏT! Ət satışı qadağan edildi – VİDEO

07 2018 18:13

İsti havalarda yol kənarlarında, bazarlarda açıq şəkildə ət və ət məhsullarının satışı əngəllənəcək. 

ARB TV xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi sanitar-gigyenik standartlara cavab verən vahid ət kəsimi məntəqələrinin yaradılmasını təklif edir. 

Cavid Seyidov – Satıcı: “Səhər-səhər həkim gəlir, həkimin yoxlanışından keçir sora satırıq. Nə vaxt zakaz olur onda heyvan kəsirik. Kəsilib burda qalmır heyvan. İndi asılan ətdə zakazdı gəlib aparcaqlar”.

Ət yol kənarları ilə yanaşı bazarlarda da açıq şəkildə satılır. Kiloqramı 10 manata təklif olunan ətin alıcı sayı qəssabları qane edir.


Fərhad Yarıyev – Satıcı: “Adamın gəlməyinə baxırda, müşdəriyə baxır. Elə vaxt olur 100 kq, elə vaxt olur 30 kq. Bu dəqiqə tələbat çoxdur. Baytarlıq idarəsində sənədim var. Hər gün səhər yoxluyur, kağız verir ondan sora satışa buraxılır. Qalanda da soyuducuda qapalı şəraitdə qalır”.

Abdulxaliq Mövsümov – Satıcı: “2 günə 1 mal kəsilir. Elə olur 3 günə satırıq. Günə 30-40 kq satmaq olur. Qabağlar daha çox satırdıq. Getməyəndə qalan əti soyuducuya qoyuruq”.

Ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsiminin standartlara uyğun, vahid ət kəsimi məntəqələrində həyata keçirilməsi zəruridir. 
Qida Təhlükəsizliyi agentliyi lazım gələrsə, bu istiqamətdə fəaliyyət göstərən sahibkarara kömək ediləcəyinə zəmanət verir.