Evində qaçaqmal dərman gizlədən qadın həbs edildi – VİDEO

07 2018 18:08

Astarada Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə güclü təsir edən tramadol tərkibli dərman preparatlarını ayrı-ayrı şəxslərə satan qadın tutulub.

ARB TV xəbər verir ki, Saxlanılan Rəna Həsənovanın İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi 9098 ədəd  dərmanı evinin həyətindəki tikilidə saxladığı müəyyən edilib. 


Yaşadığı evdən 160 ədəd güclü təsirli preparat aşkar edilərək götürülən şəxs barəsində Astara rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.