“Şeytan aldatdı məni” – dəmir barmaqlıq oğrusu saxlanıldı – VİDEO

07 2018 18:07

Xəzər Rayon Polis İdarəsi 2-ci polis şöbəsinin əməliyyatçıları Heydər Əliyev adına Hava limanından Bilgəh qəsəbəsinə gedən magistral yolun kənarlarında kanalizasiya sistemi üçün quraşdırılmış dəmir barmaqlıqları oğurlayan şəxsi saxlayıblar.

ARB TV
 xəbər verir ki, buzovna qəsəbə sakini 34 yaşli Cavidan Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. 

O, oğurluğu özünə məxsus Maz markalı avtomobillə edib. 100-dən artıq dəmir barmaqlığın hər birini metal qəbulu məntəqəsinə 3 manata satdığını deyən Cavidan cinayəti 1 ay ərzində törətdiyini bildirib.

Cavidan Cabbarov – saxlanılan şəxs: ““Bakı Abadlıq”da işləyirəm, yolları sulayıram. 1 ayda oğurlamışam, aparıb vermişəm əlvan metal məntəqəsinə. Birini 3 manata satmışam. Peşmanam. Bir səhvdi də eləmişəm, boynuma alıram. Şeytan aldatdı məni”.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir."