“QAZ-31”lə toqquşan “mercedes” aşdı – VİDEO

07 2018 18:06

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

ARB TV xəbər verir ki, Ərəbxana kənd sakini, 39 yaşlı İlhamiz Vəliyevin idarə etdiyi 
QAZ-31 markalı minik maşını ilə 23 yaşlı Orxan Fərəclinin idarə etdiyi Mercedes markalı avtomobil toqquşub.

İdarəetmədən çıxan 
Mercedes yol kənarına aşıb. Sürücü Orxan Fərəcli müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.