“Xəbəri eşidəndən donub qalmışdım” – Könül Kərimova o andan danışdı– VİDEO

07 2018 18:03

ARB Ulduz-un “Virtual həyat” verilişinin qonağı olan əməkdar artist Könül Kərimova maraqlı açıqlamalar verib.

Azərbaycan Xalq Cümhuriyyərinin 100 illik yubileyi ilə əlaqədar olaraq mədəniyyət və incəsənət sahəsində çalışanlara fəxri adlar verildi. 

Ötən ay “Əməkdar artist” fəxri adına layiq görülən Könül Kərimova, bu adı çoxdan gözlədiyini və onun üçün kifayət qədər dəyərli olduğunu etiraf etdi. 

“Uzun illər idi ki, bunu gözləyirdim. Qismət bu vaxta imiş. Bəlkə də ona görə bu fəxri ad mənə bu qədər şirinləşdi, dəyərli oldu. Bir şeyi ki, illərdir gözləyirsən, həmin amil sənin üçün çox dəyərli olur. İllərlə çəkdiyin əziyyətin bəhrəsini görüb, onu necə gülə-gülə qarşılamaq olar? İnsanın bəlkə də sevincdən ürəyi partlaya bilər. “Əməkdar artist” adı mənə hər şeydən dəyərlidir, bütün titullardan əzizdir”. 

İlk dəfə həmkarı Nüşabə Ələsgərlinin təbrikini eşidən Könül xanım özəl duyğular yaşamadan öncə, kifayət qədər qorxu və həyəcan keçirib:  


“Günorta idi. Telefon səssizdə idi. Ancaq hiss edirdim ki, zəng gəlir. Telefona baxdım. Sözün düzü, biraz qorxdum, narahat oldum. Bu qədər insan ardı-arası kəsilmədən mənə zəng edib. Zəng edənlərin siyahısına baxdım ki, qoy, görüm birinci kim zəng edib. Baxdım ki, Nüşabə Ələsgərli. Fikirləşdim Nüşabə mənə pis xəbər deməz. Ona zəng vurdum. Çox yüksək tonla, qışqıra-qışqıra təbrik etdi. Xəbəri eşidəndən donub qalmışdım”.

Könül Kərimova ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.