“Şou-biznesin rekordlar kitabında özüməm” – Vüqar Muradov – VİDEO

06 2018 16:57

ARB Ulduz-un “Virtual həyat” verilişinin qonağı olan müğənni Vüqar Muradov maraqlı açıqlamalar verib.

Şou-biznesin ən hündür müğənnisi statusunu qoruyub saxlayan Vüqar Muradov, ilk olaraq idmana olan sevgisindən danışıb:

“Fiziki cəhətdən də məndə dəyişiklik var. 
Aylardır mütəmadi olaraq, yüksək səviyyədə idman edirəm. Yalnız səhnə adamı deyil, hər kəsin bədən quruluşu gözəl olmalıdır ki, komplekslərdən uzaq olsun. Mən də çox kompleksli adam olduğum üçün məşqlərimi axsatmıram. Nəsildə ən hündür mənəm. Yaxın boylar çoxdur. Qardaşım Vüsal 193 sm-dir. Əmimoğlu 194 sm-dir. Mən də 2 sm onları üstələmişəm. Məndən hündürü yoxdur. Hələ ki, şou-biznesin rekordlar kitabında özüməm”.

O, müğənni olmasaydı, hansı peşənin sahibi olmaq istəməsini də açıqlayıb:

“İdmançı olardım. 
Bu məlum məsələdir. Bir də çox güclü sənətkar ola bilərdim. Maşın ustası ola bilərdim. Çünki uşaqlıqdan bu sahənin içərisində böyümüşəm. Atam mühəndis olduğu üçün baxıb öyrənmişəm”.

Vüqar Muradovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” veirlişində izləyə bilərsiz.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.