Avtomobil ağaca çırpıldı: sürücü möcüzə nəticəsində sağ qaldı – VİDEO

20 2018 15:39

Şəkidə yol qəzası baş verib.


ARB TV xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki şəhər sakini 35 yaşlı Vüqar Əyyubovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb.

Daha sonra zərbənin təsirindən maşın bir neçə dəfə aşıb. 
Sürücü döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.