“Qəsdlə törədiblər” – Bir gecədə 3 yanğın – VİDEO

16 2018 15:47

Bölgələrdə eyni gündə 3 yanğın hadisəsi baş verib.


ARB TV xəbər verir ki, Gəncənin Atatürk prospektində 5 mərtəbəli iki yaşayış binasında yanğın olub.

Sahəsi ümumilikdə 60 
 olan zirzəmilərə yığılan məişət tullantıları alışıb. Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 4 avtomobili, 24 canlı qüvvəsi əraziyə cəlb edilib. Binanın birinci mərtəbəsində yaşayan 6 sakin təxliyyə olunub. Alov söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Saatlı rayonunun Qarayevkənd kəndində də ümumi sahəsi 220 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 220 m² sahədə, 4 otağı və mətbəxi 140 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar alov mühafizə olunub.

Yevlaxda da yanğın qeydə alınıb. Uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsindəki xidməti otaq alışıb. Hadisə nəticəsində yataq dəstləri y
ararsız hala düşüb. FHN əməkdaşları alovu söndürüblər.

Nurlana Ələkbərova, sakin: “Qardaşım qızı zəng elədi ki, yanğın baş verib. 
Mən də gəldim. Yanğın zirzəmidə olub. Bir qonşudan o biri qonşuya keçib. Qəsdən törədilib, keçən dəfə də yanıb, indi də”.