“Atama gözəl xanımlardan məktublar gəlirdi” - Əməkdar artist - VİDEO

16 2018 14:48

ARB TV-nin “Boş Anlar” verlişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub.

Əməkdar görə ikinci dəfə ailə qurmama səbəbindən danışıb: 

“Allah rəhmət etsin, mənim atam əllərini iynələr de
şə-deşə bizim üçün yorğan sırayıb. Bax belə kişilər olub. Ona görə məndən nəyə görə 2-ci dəfə ailə qurmadız soruşulanda, onu deyirəm ki, mən elə bir kişi tapmadım. Atamda olan xüsusiyyət əsl kişiyə məxsus idi. Atam da, anam da mühəndis idi. Atam tez-tez işi ilə bağlı ezamiyyətə gedirdi. Atam gələndən sonra dalınca gözəl xanımlardan məktublar gəlirdi. Anamı qınayırdılar ki, bəs sən qısqanmırsan? Anam deyirdi ki, gəlsin də. Deməli yaraşıqlı, baxımlı kişidir ki, məktublar gəlir. Anam elə cavab verirdi. O vaxt anamı başa düşmürdük. Ancaq indi mən anamın müdrikliyini başa düşürəm”.