“Yoldaşı xərçəngdir deyə, pul gətirmir” – 15 yaşında qızını evləndirən müğənni – VİDEO

13 2018 14:59

ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti qonağı müğənni Zeynəb Dostəliyeva olub.

O, proqramda qızlarının evliliklərindən danışıb. Həmçinin 1 qızının yoldaşının ağır xəstə olduğunu söyləyib.

“Nəvələrimin yolunda canımı da qoyaram. Qızımın yoldaşı ağır xəstəlik tapıb. Mədə xərçəngidir. İndi durum qızımı boşatdırım ki, sən yaramırsan, pul gətirmirsən
? Övlada ata lazımdır. Qızım özünü ora-bura vurur. Uşağa deyə bilmərik ki, sənin atan pul qazanmır, istədiklərini ala bilmir. Çünki atasının vaxtında olub, gətirib, amma indi xəstədir. Digər qızımın da ailəsində söz-söhbətlər var. Özümüz verdik. Qoymadıq ki, uşaqlar oxusunlar. Qızlarımı verəndə birinin 15, digərinin də 16 yaşı var idi”.