Zamiq toyundan danışdı: “Çəkiliş olmuyacaq” - VİDEO

11 2018 14:13

“ARB Ulduz un “Virtual Həyat” verlişinin növbəti qonağı müğənni Zamiq Hüseynov olub.

Müğənni ilk olaraq artıq subaylığın daşını atacacağından danışıb:

“Mən həmişə demişəm ki, olsa da gizlətməyəcəm. Planlaşdırmışıq, inşallah, gələn ay toyumuzdur. Allah deyən olsun.

Ailə həyatı elə bir şeydir ki, qardaşdır, bacıdır, atadır, anadır, uşaqlıqdan onlarla birlikdə yaşayırsan. Ancaq evlənəndə yeni bir insanla yeni bir həyata daxil olursan”.

Zamiq toyunda çəkliş istəmədiyini qeyd edib:

“Toyda çəkiliş olmayacaq. Çalışdığım qədər xahiş edəcəm ki, şəkil, video, ümumiyyətlə, çəkiliş olmasın. Nəyə görə? Çünki son zamanlar paylaşılan görüntülərə xoşagəlməz rəylər yazılır. Saytlar ona diqqət etməli və vaxtında pozmalıdır. Səhifəni idarə edənlər həmin adamları ya bloklamalı, ya da yazılanları silməlidirlər. Çünki bu, ailədir”.

Zamiq Hüseynovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, 
ARB Ulduz kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.