Cəlilabadda sahibsiz it uşağı dişləyibARB TV xəbər verir ki, hadisə rayonun Cəfərxanlı kəndində qeydə alınıb. 7 yaşlı Zəhra Qubadova əmisinin evindən qayıdan zaman qəfildən sahibsiz it ona hücum edərək sinə və qol nahiyələrindən dişləyib. Azyaşlının qışqırmasını eşidən əmisi onu xəstəxanaya çatdırıb.Xəstəxanada ona quduzluq əleyhinə vaksin vurulub.