“24 ildir görüşmürük” – Bu məşhur müğənni qardaşını axtarır – VİDEO

10 2018 15:55

ARB TV-nin “Sirdaş Rövşanə” proqramına müraciət edən müğənni Samirə Yusifqızı uzun müddətdi görmədiyi qardaşının tapılması üçün yardım istəyib.

“1994-cü ildən bu yana görüşmürük. Məndən kiçikdir. Ana ayrı qardaşımdır. O zamanlar balaca idi. İndi xaricdə olmalıdır. Ana tərəfindən yahudi idilər. Ad olaraq Səlimov Fərhad Yusif oğlu gedir. Hələ ki, efir vasitəsi ilə axtarıram. 1 doğma bacım var. Bu qardaşımla isə atam rəhmətə gedəndən sonra əlaqələrimiz kəsildi”.