Hər dəvətnamə gələn toya getməliyikmi? – ÇIXIŞ YOLU NƏDİR? – VİDEO

10 2018 15:53

ARB TV-nin “Günə doğru” verilişində toylar haqda maraqlı sujet yayımlanıb.

Bu adət indi elə bir formaya minib ki, heç kim toya getmək istəmir. İstər şadlıq saraylarındakı səs-küy, istərsə də məclisdə verilən yeməklər elə həddədir ki, hamı ifratın nə dərəcədə olduğunun fərqinə belə varmır. Bu gün cəmiyyət elə bir inkişaf mərhələsindədir ki, madiyyatın mənəviyyatı üstələdiyi tərəflər hamıya ziyan vurur. Bütün bunlarla yanaşı son zamanlar isə toylarda yeni trend yaranıb. Dəvətnamə verən şəxs toya 1 gün qalmış çağırdığı qonağın gəlib-gəlməməsindən əmin olmaq üçün ona zəng edir.

Bu gün toya gələn adama ev sahibi borclu kim baxır. Yəni, səmimiyyət ən yaxın adam obrazı unudulur. Toy sahibi də həmin borcları qaytarmaq üçün illərlə bu yükün altından necə çıxacağını düşünür.

Fazil Mustafa – Millət vəkili:
 “Toya yığılan vəsaitlərin əksəriyyəti ailənin büdcəsinə yox, şadlıq evlərinin varlanmasına xidmət edir. Bu, yolverilməzdir. Başqa ölkələrdə belə hal yoxdur. Sadə forma seçilməlidir”.

Əslində yaranmış toy biznesində maraqlı tərəflər çoxdur. Birincisi bu şəbəkəni yaradanın maraqları, ikincisi insanların ümumi dünyagörüşü və ən nəhayət indiyədək bu məsələni yoluna qoymaq üçün elə də ciddi addımın atılmaması. Millət vəkili Fazil Mustafa yaxın gələcəkdə toy biznesi ilə bağlı qanunun qəbul olunması üçün hələ bir xeyli zamana ehtiyac olduğunu vurğuladı.

Əhməd Qəşəmoğlu - Sosioloq: “Sadə şadlıq sarayları edə bilərik. 
Daha da şən və bayram əhval-ruhiyyəli toylar etmək olar. Burada da həmin borcları qaytarmaq mexanizmini ayrıca etmək mümkün olar”.

Nəticə isə ondan ibarətdir ki, indiki toy adətlərimiz ailənin sağlam təməlinin qurulmasına xidmət etmir. Kimlərinsə biznes maraqları hansısa ailənin xoşbəxtliyindən vacib deyil.