İnsanlar niyə falçılara inanır? – AÇIQLAMA – VİDEO

09 2018 17:26

ARB TV-nin “Günə doğru” verilişində insanların niyə falçılara getdiyi haqda maraqlı sujet efirə yayımlanıb.

Bəşər övladı tarix boyu gələcəyini öyrənməyə və öz taleyinə hökm etməyə çalışıb. Bunun üçün müxtəlif üsullara əl atıb, fərqli yollar axtarıb və yeri gəldikdə kahin, sehrbaz və cadugərlərdən mədət umub.

Kökü hər nə qədər qədim zamanlara gedib çıxsa da, hər nə qədər kosmos əsrini yaşasaq da falçı və baxıcılara inam özünü günü bu gün də göstərməkdədir.

Camiyyətin üzvləri kimi onların düşüncələri də fərqlidir. Əksəriyyət fala inanmadığını desə də, falçılardan mədət umanların mövcudluğunu da dana bilmərik.

Günel Hüseynli – psixoloq: “Falçıya gedən insanlar zəif iradəli insanlardır. Buna görə də onlara təsir edir. Falçıların təbliğa
tının geniş olması da önəmli faktordur. Bu gün psixoloq yox, falçıların təbliğatı yüksəkdir.

Deyirlər ki, insan özünə təlqin etdiyi fikirlərin əsiri olur. Əksər hadisələrin baş vermə səbəbi də elə məhz bu psixoloji amildir.

Təbii ki, tələb olduğu yerdə təklif də yaranır. Lakin sadəcə elm yox, din də falçılıq və baxıcılığa qarşıdır.

Əlisəftar Səfərəliyev - Gəncə Şah Abbas Dini İcmasının sədri: “Bu özünü və cəmiyyəti aldatmaqdan başqa bir şey deyil. Kimlərsə buna ürəkdən inanırsa, cəmiyyəti cəhalətə sürükləyir”.

Bununla belə Azərbaycanda falçılıq və ekstrasenslik qanunla qadağan deyil. Mübarizə bu ad altında dələduzluq edən fırıldaqçılara qarşı aparılır. Dələduzluq faktı əsasında falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı cinayət işi qaldırılır.