Təhlükəli ağaclardan gələn ziyanı kim tərəfindən ödəməlidir? – VİDEO

09 2018 16:23

Güclü külək nəticəsində ağacların kiminsə şəxsi mülkiyyətinin – avtomobilinin üzərinə aşmasına çoxu şahidlik edib.

Belə olan halda dəymiş ziyanı kim ödəməlidir?

ARB 24 xəbər verir ki, bunun üçün əvvəlcə ağacın harada əkildiyini, yəni şəxsi torpaqda və ya hansısa idarənin balansında olmasını dəqiqləşdirmək lazımdır. Aşan ağac hər hansı hüquqi və ya fiziki şəxsin ərazisindədirsə, bu zaman dəyən zərər həmin adamdan tutula bilər.

Rəhim Bayramov - Sürücü: “Mən uzun müddətdir ki, sürücü işləyirəm. 35 ildir çox görmüşəm belə hadisələri. Yol kənarında belə hadisələr çox baş verib. Ağac aşır maşının üstünə, sürücü gəlib görür ki, belə hadisə baş verib. Han
sı orqanlara müraciət etmək lazımdır? Hansı şirkətdən ödəniş almaq lazımdır”.

Anar Ramazanov - Hüquqşünas: “İlk öncə bu halı həmin vətəndaş aktlaşdırmalıdır. Həmin hadisənin izləri və əlamətləri aradan qalxmadan mütləq həmin hadisə aktlaşdırılmalıdır. Vətəndaçlara tövsiyyəmiz odur ki, bu halda təcili polis orqanlarına müraciət etsinlər. Həmin əraziyə müvafiq orqan və işçilər gəlib yerində baxsın. Yerində protokol və aktlaşdırma təyin olunsun ki, bu ağac və ya kol bitkisi kimin sahəsinə məxsusdur”
.

Ərazisində aşma ehtimallı ağaclar olanlar ziyana düşməmək üçün əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər. Əraziyə baxış keçirilib, müəyyən sənədləşmələr aparılandan sonra həmin ağacın budanmasına və ya kəsilməsinə qərar verilir. Adətən hündürlüyü 10 metri keçmiş, əhalinin gediş-gəlişinə  təhlükə  törədən ağaclar budanır.

Orxan Məmmədov – BŞYTB-nın şöbə müdiri: “Mütəxəsislər tərəfindən həmin əraziyə baxış keçirilərək akt təyin edilir. Ağac qəzalıdırsa təhlükəsiz səviyəyə gətirilir və yaxud qurumuşdursa Eksologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinə əsasən həmin ağaclar kəsilir”.

Ağacları özbaşına kəsənləri isə cərimə gözləyir. Fiziki şəxsləri 2500, vəzifəli şəxsləri 10000-dək, hüquqi şəxsləri isə 50000 manatadək.

Ümumiyyətlə isə belə xoşagəlməz hallarla qarşılaşmamaq üçün mütəxəssislər əmlakınızı sığortalamağı tövsiyə edirlər.  Belə olan halda dəymiş ziyanı sığorta şirkəti ödəyir.