““Dığdığınızdan” əl çəkin” – Niyam Salami – VİDEO

09 2018 14:41


“Sən nə bilirsən ki, mən toya hansı qiymətə gedirəm?”

“ARB Ulduz”un “Şou Məkan” verlişinin növbəti qonağı müğənni Niyam Salami olub.

Bir neçə günlük Bodrumdan Bakıya gələn müğənni doğma ölkəsi üçün darıxdığını etiraf edib:

“Bir az darıxırdım. İşlərim də yarımçıq qalmışdı. 7-8 günlük gəlmişəm. Dedim gəlmişəmsə, yeni mahnım üzərində işləyim, fotosessiya etdirim.

Harasa gedəndə ən çox 4 gün qalmışam. Heç vaxt bu qədər uzunmüddət Azərbaycandan kənarda qalmamışam”.

Niyam Salami həmkarı Samir Piriyevlə birlikdə qurduğu işdən danışıb:

“Həmişə arzu edirdim ki, restoranım olsun. Moskvada toydan çıxandan sonra taksidə Samirlə gedirdik. Mövzu elə gətirdi ki, pul söhbəti açıldı. Samirə təklif etdim ki, gəl bərabər bir iş quraq. Sən də ətrafını bir araşdır. Restoran işi görə bilərik. Samir də bu söhbəti gözardına vurmadı. Üzərindən bir neçə gün keçən kimi mənə dedi ki, belə bir yer var. Dəfələrlə söhbət etdik. Məkanı gördüm, üzüm güldü. Dedim, irəli gedə bilərik”.

Müğənni yeni işində və Bodrumda hüzur tapdığını deyib:

“Samirlə mənim dediyimiz birdir. Bir-birimizi başa düşürük. Hələ aramızda heç bir problem olmayıb. Hər bazar günü həmin restoranda səhnə mənimdir. Ümumiyyətlə isə orda nə vasa, mənimlə Samirindir. İstəyirik ki, orda hər şey təbii olsun.

Bodrumda ən mənzərəli yer bizim restoranın yerləşdiyi yerdir. Ona görə də hər kəs gəlib, ordan mənzərəni izləyir. Ordan günəşin doğmasını və batmasını seyr edirlər. Məkan qonaqlı-qaralıdır”.

Niyam haqqında irəli-geri şaiyələr yayanlara isə iradını bildirməyi unutmayıb:

“Ölkədə olmadığım müddətcə bu sözləri eşidirəm ki, Niyam vətənini tərk etdi, getdi. Vətənini tərk edib getmək çox pis şeydir. Bu sözü mənim üstümə yıxmaqla siz nə qazanacaqsız? Deyirlər ki, gedib köhnə işi ilə məşğuldur. Köhnə işim nədir ki, görəsən? Siz köhnə işinizdən əl çəkirsiz ki? “Dığdığınızdan” əl çəkirsiz? Mən yenə köhnə adət-ənənələrimdən əl çəkirəm, amma siz bunu da etmirsiz.

Mən getmişəm pulumun dalınca, iş görməyə. Bu, bizim biznesimizdir. Hər bir sənətçinin biznesi ola bilər. Bacardığımız işi gorürük, restoran və səhnədir”.

Müğənni boş vaxtlarını səmərəli istifadə etməyin tərəfdarı olduğunu bildirib:

“Kənarda yaşayıb, kənarda işimi görmək və burda məclislərə qatılmaq daha yaxşıdır. Boş otumaqdansa, boş insanlarla günümü keçirməkdənsə, o iş daha faydalıdır. Onsuzda qapalı insanıydım. Onsuz da otururdum evdə, heç yana çıxmırdım. Nə klub var idi, nə restoran. Orda daha rahatam.

Orda gördüyüm işin, buraya heç bir aidiyyatı yoxdur. Orda türk pasportu alıb yerləşməmişəm ki, hər şeyim burdadır. Deyirlər ki, Niyam Türkiyəyə gedib. Onu toya çağırmaq belə sərf etmir. Ay qardaş, sən nə bilirsən ki, mən toya hansı qiymətə gedirəm?”

Qeyd edək ki, 
ARB Ulduz kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.