“Maqazin verlişlərinə çıxmıram, müsahibə vermirəm”– Elnur Məmmədovdan etiraz – VİDEO

09 2018 14:34

“Canlı verilişlərdən çəkinirəm”

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Elnur Məmmədov olub.

O, şou-biznesdə başlayan bayağılaşmaya etiraz edib:

“Hərdən baxıram ki, musiqidən anlayışı olmayan elə insanları təqdim edirlər ki... Gör biz nələr çəkirik. Bir çox müğənnilər danışır, mən onları qınamıram. Ömür boyu bayağı musiqilərə tələbat olub. Sadəcə əvəllər senzura olub. Əvəllər nə qədər bayağı müğənnilər olub ki, efirlər qoymayıblar. Efir üzünə həsrət olublar, ancaq mağarlarda oxuyublar. 
Amma indi özəl kanallar çoxdu deyə artıq bilmirlər nə təqdim etsinlər. Açıq deyirəm bir ara mən özümə sərhəd qoymuşdum. 2 ildən çoxdur ki, maqazin verlişlərinə çıxmıram, müsahibə vermirəm. Heç kimin xətrinə deyməsin, sevmirəm. Artıq canlı verlişlərdən də çəkinirəm”.