Şəkidə 3 nəfər magistral yolda qəzaya düşdü – VİDEO

07 2018 11:51
Şəkidə avtomobil qəzası baş verib.

ARB Şəki xəbər verir ki, aprelin 6-dan 7-ə keçən gecə saat 01:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Cəfərabad kəndi ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması ilə nəticələn yol nəqliyyat hadisəsi olub.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Şəki şəhər sakinləri - 67 yaşlı Mübarizə Rzayeva, 69 yaşlı İlqar Ramazanov və 37 yaşlı Rəşad Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olublar. Xəstəxanadan verilən məlumata görə, hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.