“Atdığımız addımları fanatlarımız bilməlidir” – Ədalət Şükürov – VİDEO

04 2018 15:12

“ARB Ulduz”un “Şou Məkan” verlişinin növbəti qonağı əməkdar artist Ədalət Şükürov olub.

Əməkdar artist sosial şəbəkələrdə olan aktivliyindən söz açıb:

“İnstaqram varsa, deməli, işləməlidir. Çexovun bir hekayəsində deyildiyi kimi, əgər xalçanın üzərindən silah asılıbsa, deməli, atmalıdır. İnstagram insanlar üçün maraqlıdır. Bizim atdığımız addımları fanatlarımız bilməlidir”.

Müğənni atdığı hər addımını izləyicilərinə təqdim etdiyini deyib:

“Video daha realdır. Şəkili bir ay sonra da paylaşmaq olar. Amma video çəkib yerləşdirəndə insanlara daha yaxın olur”.

Ədalət Şükürov insanların müxtəlifliyindən bəhs edib: 

“İnsanlar cürbəcürdür. İnternetin o biri tərəfində olan adam bilmirsən ki, kimdir, nədir, necədir. Çox şey yazırlar. Amma yaxşı rəylər daha çox yazırlar. Sosial şəbəkə hesabını tez-tez yoxlamalısan. Bilməlisən ki, kim sənin paylaşımlarını bəyənir, kim izləyir, kim izləmir”.

Əməkdar artist 17 il keçməsinə rəğmən hələ də ilk günkü kimi sevildiyini deyib:

“Mən fəxr edirəm ki, Dağıstanın Xalq artistiyəm. Fəxr edirəm ki, 17 ildir onların dövlət tədbirlərində, el şənliklərində iştirak edirəm. 17 il keçib, amma məni necə çox istəyirlər, elə də çox istəyirlər.

Bu yaxınlarda Dağıstandan qayıtdıq. İki konsertimiz oldu. Biri Mahacqalada, o biri Dərbənddə. Avqust ayında Dağıstanda, Filarmoniyada yenə konsertim olacaq. Ora hazırlaşırıq”. 

Ədalət Şükürov konsert vermək üçün sponsorun vacibliyini qeyd edib:

“Son konsert 2009-cu ildə olub. Artıq 9 il ötüb. Onu təşkilatçılar hazırlamışdı. Mən də gəlib iştirak etdim. O ki qaldı Dağıstana, orda təşkilatçılar konserti təşkil edirlər. Təşkilatçı olmasa, konsert olmaz.

Heydər Əliyev Sarayında konsert təşkil etmək 40 min manata gəlib çıxır. Ona isə sponsor lazımdır”.

Qeyd edək ki, 
ARB Ulduz kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

v